"Qarabağ" Çempionlar Liqasında cavab görüşünə çıxır

İDMAN 17 iyl 2019, 09:01

Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ” Çempionlar Liqasında növbəti matçına çıxacaq.

 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu "Partizani”ni qəbul edəcək. "Dalğa Arena”da keçiriləcək görüş saat 21.00-da başlayacaq.

 

Tirandakı ilk qarşılaşmada qolsuz heş-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlara sərf edir. Bu üzdən "Qarabağ” müdafiədə maksimum diqqətli olmalıdı.

 

Qeyd edək ki, "Qarabağ” "Partizani” səddini keçəcəyi halda, II təsnifat mərhələsində "Dundalk” (İrlandiya) - "Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova "Şerif”i ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası


I təsnifat mərhələsi


Cavab oyunu

17 iyul


21.00 Qarabağ (Azərbaycan) - Partizani (Albaniya)
Hakimlər: Dumitru Muntyan, Vladislav Lifçu və Andrey Bodyan, Aleksandru Tyan (Moldova).
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya).
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə).
Bakı. "Dalğa Arena".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top