Qadın sürücü qəza törətdi - Türk özündən çıxdı (VİDEO)

HADİSƏ 17 iyl 2019, 08:39

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

 

Elşən Mehdiyev küçəsində Nəcibə İsmayılova idarə etdiyi “Ford” markalı avtomobillə qəfil əyləcə basıb.


Bu zaman arxadan gələn “Mitsubishi” markalı avtomobillə hərəkət edən Türkiyə vətəndaşı Burak Taşkın idarəetməni itirərək “Ford”a çırpılıb.

 

Fordun sürücüsü xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb edilib. Qadına ilkin tibbi yardım göstərilib. Sürücülər arasında mübahisə düşüb.

 

Fakt Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top