"Gərək biz imkan verməyək ki, təxribata nail olsunlar" — Gürcüstanın Azərbaycandakı səfiri

GÜNDƏM 17 iyl 2019, 00:05

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Keşikçidağda baş verən insidentlə bağlı danışıb.


O, İTV-yə açıqlamasında hadisəni pislədiyini bildirib:


“Çox təəssüfedici insidentdir. Mən bu hadisəni pisləyir və qınayıram. Gərək biz imkan verməyək ki, müəyyən qüvvələr təxribata nail olsunlar. Sərhədin delimitasiyası ilə bağlı komissiyalar çalışır. Komissiyalara imkan verək ki, öz işlərini görsünlər və ölkələr arasında əlaqələri gücləndirən qərara nail olsunlar. Bu qərar tərəfdaşlıq və dostluq münasibətlərimizin ruhuna yaraşan qərar olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top