“Qaçırılan gəmidə 18 nəfər olub” — Ömər Çelik

DÜNYA 16 iyul 2019, 22:30

Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə dünən axşam saatlarında Nigeriya sahillərinə yaxın bölgədə silahlı hücum olub.


Hadisə nəticəsində 18 heyət üzvündən 10-u girov götürülüb.


Strateq.az xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik açıqlama verib.


O bildirib ki, Xarici İşlər Nazirliyi və kəşfiyyat orqanları girovların qaytarılması istiqamətində fəaliyyətə başlayıb.


Xatırladaq ki, bundan əvvəl oğurlanan gəmidə 10 nəfərin olduğu açıqlanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 14:48
12 iyul 2025, 13:38
Top