“Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” — “Qarabağ məsələsi də belə başlamışdı”

GÜNDƏM 16 iyl 2019, 17:56

“Bu gün əsgərin silahını əlindən alan, sabah silahla üstümüzə gələcək”


“Sərhəddə hər iki tərəfdən zastava olur və dövlət sərhədləri ikiqat mühafizə olunur. Maraqlıdır, bizim sərhədçilərin üzərinə hücuma gələnədək təxribatçıları gürcü sərhədçiləri niyə dayandırmayıb, onlara mane olmayıb?! Onlar bu hadisəyə görə birbaşa məsuliyyət daşıyırlar”. 


Demokrat.az xəbər verir ki, bu barədə politoloq Nəzakət Məmmədova deyib.


“Elə təxribatın daha da böyüməsinin qarşısını almaq üçün silaha əl atmaq lazım idi..”

 

Картинки по запросу politoloq nəzakət məmmədova


N. Məmmədova vurğulayıb ki, dövlət sərhəddi milli təhlükəsizlik məsələsidir: 


“Necə yəni təxribata uymaq olmaz, silahı təhvil vermək lazım imiş?! Elə təxribatın daha da böyüməsinin qarşısını almaq üçün silaha əl atmaq lazım idi ki, gələcəkdə daha böyük təxribatlar olmasın. Bu gün əsgərin silahını əlindən alan, sabah silahla üstümüzə gələcək. Sərhədi pozanlar da, onun qarşısını almayanlar da qanunu pozmuş sayılır və cinayət məsuliyyəti daşıyırlar. Bəlkə o sərhəd pozucuları narkotik qaçaqmalçılarıdır, ziyarətçi adı altında təxribat edib diqqəti yayındırır, silahı təhvil verəcəksiniz?! Əgər təxribatçılar istənilən an sərhəddi keçəcəksə, onda zastava, sərhəd mühafizəsi nəyə lazımdır?! Bu, dövlət sərhəddidir, yoxsa, karvansara qapısı?!


“Qarabağ məsələsi də belə başlamışdı”

 

Картинки по запросу Азербайджан был границей Грузии инцидент


Məmmədova hesab edir ki, ötən dəfəki hadisədən sonra orada sərhəd naryadı gücləndirilməli idi, sərhəd xidmətinin xüsusi təyinatlıları ora yerləşdirilməli idi: 


“Qarabağ məsələsi də belə başlamışdı: elə hey eşidirdik, təxribatlara uymayın! Nəticəsi göz qabağındadır. Sən təxribata uyma, qoy, təxribatçı istədiyini etsin! Bundan qabaqkı Natelaşvili insidentdən sonra oradakı sərhəd mühafizəsi gücləndirilməli idi. Görünən odur ki, Azərbaycanı Qafqazda iki xristian dövlətin ortasında sıxışdırmaq, torpaqlarını onların arasında bölüşmək siyasətinə xeyir-dua verilib. Biz isə "müdrikcəsinə" susuruq...”.(Hurriyyet.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top