İcra başçısı musiqi məktəbinin direktorunu özünə müavin TƏYİN ETDİ

HADİSƏ 16 iyl 2019, 19:07

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov özünə yeni müavin təyin edib. 


Unikal.org-un əldə etdiyi məlumata görə, Siraqəddin Cabbarovun əmri ilə, Ceyran Xəlilova Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.


O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.


Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.


Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top