Şəki Xan sarayında yaralananların son vəziyyəti haqda RƏSMİ AÇIQLAMA

GÜNDƏM 16 iyl 2019, 13:30

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti barədə açıqlama yayıb.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır, stabil qiymətləndirilir. 

 

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır.

 

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1 nəfər ölüb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top