"Universitetdəki dəyişikliklərə müqavimət göstərirlər" - BDU-nun rektoru

SOSİAL 16 iyl 2019, 13:06

"Son aylar ərzində Bakı Dövlət Universitetində aparılan dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər də var"

 

Demokrat.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Ali təhsil müəssisələrində piar: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda konfransda çıxışı zamanı deyib:

 

“Təəssüflər olsun ki, bəzən bu rəqabət çərçivədən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bizim Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada mən universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top