"Məqsəd Ermənistanın Azərbaycandan geri qalmamasını təmin etmək idi" - Siyasi ekspert

SİYASƏT 16 iyl 2019, 11:47

Siyasi ekspert Elxan Şahinoğlu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Ermənistana səfərini şərh edib. 

 

Demokrat.az xəbər verir ki, E.Şahinoğlu bu səfəri Moskvadakı erməni lobbisinin, eləcə də Zaxarovanın öz təşəbbüsü ilə həyata keçirildiyini xüsusi vurğulayıb: 

 

"Əsl balans buna deyərəm. Deməli, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ötən il Bakıda keçirilən “Jara” musiqi festivalına gəlmişdi. Bakıya gəldiyinə görə bizim haqqımızda bir-iki kəlmə xoş söz deməliydi. İndi isə Mariya Zaxarova Ermənistana gedib və işğalçı ölkə haqqında ağız dolusu təriflər səsləndirib. Bu səfər və səsləndirilən təriflər həm Moskvadakı erməni lobbisinin, həm də elə Mariya Zaxarovanın öz təşəbbüsü ilə həyata keçirilib. Məqsəd tərifdə Ermənistanın Azərbaycandan geri qalmamasını təmin etmək idi və Mariya Zaxarova bu vəzifənin öhdəsindən artırlqmasıyla gəldi".

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top