"Azərbaycan sərhədçiləri “Keçikçi qala”ya girmək istəyən şəxslərə atəş açsın" — Deputatdan ŞOK ÇAĞIRIŞ

GÜNDƏM 15 iyl 2019, 19:45

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə Azərbüycanla Gürcüstan sərhəddində yerləşən “Keçikçi qala”da baş verən insidentə münasibət bildirib.


Deputat A.Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, sözügedən insidentin arxasında ya erməni lobbisi, ya da ABŞ kəşfiyyatı dayanır:


"Məqsəd Gürcüstanı tamamilə Rusiyadan ayırmaqdır. Mən hesab edirəm ki, Azərbaycan tərəfi bu insidentə cavab verməlidir. Bu məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstandakı səfirimizi geri çağırması düzgün addımdır. Ümumiyyətlə, Gürcüstanla sərhəddə dayanan sərhədçilərimizə tapşırıq verilməlidir ki, turistləri “Keçikçi qala”ya yaxın buraxmasınlar. Bunun üçün Azərbaycanın Azərbaycanın Silahlı Qüvvələri, Dövlət Sərxəd Xidməti və polis dəstələri var. Gürcülərin ağızlarından vurmayana kimi, ağızları qanla dolmayana qədər onlar öz bu cür təxribatlardan əl çəkməyəcək. İnanın ki, onlara qarşı yumşaq davransaq, sabah da başlayıb Prezidentimizə söyəcəklər. Bilirsiniz, cəzasızlıq həyasızlıq yaradır. 


Deputat Azərbaycan hərbiçilərini “Keçikçi qala”da sərhədi pozan və insident törədən şəxslərə qarşı atəş açmağa çağırıb:


"Dövlət Sərxəd Xidməti əməkdaşlarına “Keçikçi qala”ya girməyin qadağan olunması ilə bağlı göstəriş verilməlidir. Əgər gürcülər sərhədi pozub bura girəcəklərsə, o zaman Azərbaycan sərhədçilərinin onlara atəş açmağa ixtiyarları var. Mən başa düşürəm ki, bu Gürcüstanla azərbaycan arasında viza rejimi yoxdur. Amma Gürcüstan-Azərbaycan sərhəddini faişəyə də döndərmək olmaz".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top