Gürcüstan vətəndaşları “Keçikçi qala”da Azərbaycanın sərhəd naryadına qarşı insident törədib - RƏSMİ AÇIQLAMA

SİYASƏT 15 iyl 2019, 16:32

Dövlət Sərxəd Xidməti dünən “Keçikçi qala”da baş verən insidentə münasibət bildirib.

 

Qurumdan Demokrat.az-a daxil olan məlumatda qeyd olunur ki, 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

 

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

 

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top