İsmayıllı narkotik mənşəli bitkilər yetişdirən şəxs tutuldu

KRİMİNAL 14 iyl 2019, 19:15
İsmayıllı rayonunda narkotik mənşəli bitkilər yetişdirən şəxs tutulub.
 
 
Demokrat.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü Qalınçaq kənd sakini Seyidov Şahin Əlixan oğluna məxsus İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində, meşədə 750 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülüb.
 
 
Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top