“Bütün gecəni göz yaşı içində keçirmişəm” - Məşhur məşqçi ağır xəstəliklə üz-üzə

İDMAN 14 iyl 2019, 18:18

İtaliyanın "Bolonya" futbol klubunun baş məşqçisi Sinişa Mixayloviç leykemiya (qan xərçəngi) xəstəliyi ilə mübarizə aparır.

 

Məşqçi bu barədə “Football Italia”ya danışıb.

 

“Bütün gecəni göz yaşı içində keçirmişəm. Göz yaşım qalsa da, onlar qorxudan deyil. Mən əminəm ki, bu mübarizədə qalib gələcəyəm”, - Mixayloviç bildirib.

 

Məlumat üçün bildirək ki, S. Mixayloviç "Bolonya"ya bu ilin 28 yanvar tairixindən başçılıq edir. 2006-cı ildə oyunçu kimi karyerasına son qoyan Mixayloviç əvvəlcə Milanın "İnter" klubunun baş məşqçisinin köməkçisi, daha sonralar isə digər klubların baş məşqçisi olub. (“Qafqazinfo”) 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top