Merkeli titrədən xəstəlik nədir?

DÜNYA 14 iyl 2019, 17:49

Ekspertlər üçüncü dəfə əsməcəsi tutan Almaniya kansleri Angela Merkelin hipoqlikemiya xəstəsi olduğu qənaətindədir.


Hipoqlikemiya qan şəkərinin normadan aşağı düşməsidir. Şəkər xəstəliyi dərmanlarının qəbulunun gecikməsi və ya qəbul edilməməsi, ac qalma, həddindən çox fiziki hərəkət və bol miqdarda alkoqol qəbulu hipoqlikemiya səbəb ola bilər.

 

Hipoqlikemiyanın əlamətləri halsızlıq, başgicəllənmə, narahatlıq, solğunluq, baş ağrısı, titrəmə, tərləmə, ürək döyüntülərinin sürətlənməsi və üşümədir.

 

Qeyd edək ki, Angela Merkelin Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ilk dəfə titrədiyi kameraya düşmüşdü. İkinci dəfə bu hal yeni Ədliyyə naziri Kristin Lambertin rəsmi şəkildə vəzifəyə başlaması ilə əlaqədar paytaxt Berlində keçirilən tədbirdə müşahidə olunmuşdu. 

 

Ötən gün isə Merkel Finlandiya baş nazirinin rəsmi qarşılanma mərasimində üçüncü dəfə titrəyib. (axar.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top