Sankt-Peterburqda keçmiş nazirin oğlu 12 milyonluq brilyant oğurladı – FOTO

DÜNYA 14 iyl 2019, 09:36

Rusiyalı aktrisa Mariya Şumakova soyulub.


"Fontanka.ru” xəbər verir ki, "Şirin həyat” serialının ulduzu bu barədə özü polisə məlumat verib.


O bildirib ki, çəkilişdə olarkən avtomobilinə soxulan quldurlar içində 1.2 milyon rubl (təqribən 32400 AZN – red.) qiyməti olan "Rolex” marka saatı, iPhone X marka mobil telefonu və 12 milyon rubl (təqribən 324 min AZN – red.) dəyərində brilyant qaşlı üzüyü olan çantasını oğurlayıblar.

 

Hadisə yerindəki təhlükəsizlik kamerasının görüntülərinə baxan hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin fotorobotunu çıxarıblar. Afro-amerikalıya bənzəyən şəxsin axtarışları qısa zamanda nəticə verib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top