Məşhur həkim insan alverinə görə axtarışa verildi - FOTO

KRİMİNAL 12 iyl 2019, 23:15

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.

 

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, onun barəsində axtarış elan olunması barədə elan DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.

 

Elanda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir.

 

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

 

Qeyd edək ki, F.Ceyranlı 2017-ci il mayın 22-də Gürcüstanda həbs olunub. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 247-ci maddəsinin 1-ci bəndi (insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) və 180-ci maddənin 3-cü hissəsinin b yarımbəndi (kütləvi dələduzluğa cəhd) maddələri ilə ittiham irəli sürülüb. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top