NATO Türkiyənin "S-400" almasından narahatdır - SƏBƏB

DÜNYA 12 iyl 2019, 20:57

"Türkiyənin S-400 zenit- raket kompleksləri alma qərarının doğuracağı nəticələrə görə narahatıq”.

 

Bu barədə CNN-ə adı açıqlanmayan NATO rəsmisi bildirib.

 

O qeyd edib ki, məlum hadisəyə dair qərarı müttəfiqlər verəcək: "Türkiyənin bu qərarına görə narahatıq. Adı çəkilən silah müttəfiqlərin sistemləri ilə uyğunlaşmır. Türkiyənin S-400 zenit -raket kompleksləri alma qərarının doğuracağı nəticələrə görə də narahatıq. Çünki NATO-nun tapşırıq və əməliyyatlarının həyata keçirilməsindəki əsas məsələ üzv ölkələrin silahlı qüvvələrinin birlikdə hərəkət edə bilməsidir”.

 

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınan S-400 zenit- raket komplekslərinin ilk hissələrinin artıq ölkədə olduğunu açıqlayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top