Qrizmannın "Barselona"ya keçidi rəsmiləşdi

İDMAN 12 iyl 2019, 18:31

"Atletiko"nun hücumçusu Antuan Qrizmannın "Barselona"ya transferi rəsmiləşib.

 

Demokrat.az xəbər verir ki, bunu Kataloniya klubu rəsmi saytı vasitəsilə açıqlayıb.

 

Keçid La Liqa çempionuna 120 milyon avroya başa gəlib. Yeni komandası ilə 5 illik müqavilə imzalayan 28 yaşlı forvardın bu müddət ərzində ümumi qazancı 105 milyon avro təşkil edəcək. "Barselona" Qrizmannın transfer qiymətini 800 milyon avro dəyərində qiymətləndirib.

 

Qeyd edək ki, Antuan Qrizmann "Atletiko"da keçirdiyi 2014-2019-cu illərdə 257 matçda iştirak edib, 133 qola imza atıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top