Zahid Oruc dövlət qurumları və hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ ETDİ

SİYASƏT 12 iyl 2019, 14:19

Millət vəkili Zahid Oruc dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını Azərbaycaan qarşı aparılan informasiya təbliğatına qarşı çevik fəaliyyət göstərməyə çağırıb.

 

Milli Məclisin növbədənkənar sessiyasının iclasındakı çıxışında  Zahid Oruc “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələri zamanı həbsxanada vəfat edən Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub.

 

Z.Oruv bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar:


 “Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Penitensiar Xidmət açıqlama verdilər. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi.  Odur ki, Azərbaycan əleyhinə informasyia terroru aparanlara zamanında cavab verilməlidir”. (“Ölkə.Az”)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top