"Cümhuriyyətlə bağlı mükafata layiq görülmək böyük bir şərəfdir" - Rəsulzadənin nəvəsi

GÜNDƏM 12 iyl 2019, 12:18

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəni də “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.

 

Yubiley medalını R.Rəsulzadəyə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib. O, Moderator.az-a açıqlamasında bunu çox yüksək qiymətləndirərək dövlətimizə  minnətdarlıq edib:

 

“Cümhuriyyətlə bağlı mükafata layiq görülmək böyük bir şərəfdir. Cümhuriyyət bizim dövlətçilik tariximizdə, vətəndaş kimi fəaliyyətimizdə böyük dəyərdir. M.Ə.Rəsulzadənin bir nümayəndəsi kimi cümhuriyyətin 100 illiyini görməyi tale mənə bəxş edib, buna görə çox xoşbəxtdəm. Yubiley medalı ilə təltif olunmağıma görə isə dövlətimizə minnətdaram”. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top