Bakıda məişət zorakılğına məruz qalmış qadınların vəziyyəti müzakirə olunub — FOTOLAR

SOSİAL 12 iyl 2019, 10:52

Bu gün BMT-nin Insan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqının dəstəyi ilə fəaliyyət göstərən Resurs Mərkəzində “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin növbəti "dəyirmi masa" müzakirələri təşkil olunub. 


Demokrat.az xəbər verir ki, tədbir məişət zorakılğına məruz qalmış qadınların vəziyyəti ilə bağlı olub. 


“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Ramil İskəndərli tədbirin açılışında bildirib ki, “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin təşəbbüs qrupunun yaradılması ideyası bu il yanvarın 31-də, “Araşdırmalar mərkəzləri niyə vacibidir?” mövzusunda vətəndaş cəmiyyəti təsisatları üçün təşkil olunan tədbirdə irəli sürülüb. 


Ramil İskəndərli tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, şəbəkənin əsas məqsədi Azərbaycanda ictimai-siyasi və sosial münasibətlərin müxtəlif sahələri üzrə təhlil və tədqiqat işləri vasitəsilə dövlət siyasətinin həyata keçirilməsinə vətəndaş cəmiyyəti təşkilatlarının və mütəxəssislərin potensialının səfərbər edilməsi ilə dəstək göstərməkdir.


Şəbkənin eksperti, tədqiqatçı İsmayıl Kərimov “Məişət zorakılığına məruz qalmış qadınların depressiv vəziyyətinə təsir edən amillər” mövzusunda çıxış edib.


İsmayıl Kərimov qeyd edib ki, tədqiqatın əsas məqsədi məişət zorakılığına məruz qalmış qadınların depressiv vəziyyəti və ona təsir edən amillərin öyrənilməsindən ibarət olub. 

Çıxışdan sonra mövzu ətrafında mütəxəssislər arasında diskussiyalar aparılıb. 


Tədbirdə QHT-lərin nümayəndələri, Mehriban Zeynalova, Elcan Məmmədov, Gülşən Axundova, Humay Axundzadə, Səadət Paşayeva, Gülgəz Abasquliyeva, BMT və Avropa İttifaqı nümayəndələri iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top