"Neftçi" Avropa Liqasına darmadağınla başladı

Bu gün Azərbaycan təmsilçiləri Avropa Liqasında mübarizəyə qoşulub. 

 

Premyer Liqanın gümüş mükafatçısı "Neftçi" səfər oyununa çıxıb.

 

Roberto Bordinin komandası Moldovada "Sperantsa"nın qonağı olub. Səfərə Soni Mustivar və Baqali Dabosuz yollanan "flaqman" rəqibi ilə "Zimbru" stadionunda üz-üzə gəlib. Cütlüyün favoriti sayılan "ağ-qaralar" Moldovaya yollanan azarkeş dəstəyi sayəsində evə sərfəli nəticə ilə dönməyə çalışıb. Paytaxt klubu rəqibini səfərdə 3 cavabsız qolla məğlub etməklə cütün taleyini elə ilk 90 dəqiqədə həll edib.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

11 iyul

 

"Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan) 0:3
Qollar: E.Mahmudov, 16-pen. S.Monroz, 36. R.Hacıyev, 76.
Hakimlər: Tim Marşal, Pol Robinson, Odri Neteri, Tomas Entoni Klark (hamısı Şimali İrlandiya)
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)
Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan)
Kişinyov. "Zimbru" stadionu.

 

Speranta: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 5. Mihail Bolun, 6. Bruno Barbosa, 9. Felipe Ramires, 11. Fabritse Elundu, 15. Oliver Perea, 17. İçaka Tyehi, 22. Ştefan Efros (k), 93. Maksim Yurku, 98. Alişer Mirzoyev.
Ehtiyat oyunçular: 1. Denis Makoqonenko, 8. Konstantin Sandu, 10. İon Draqan, 20. Rios Misas, 23. İsa Yusuf, 31. İon Arabaci, 87. Ruslan Çelari.
Baş məşqçi: Kristian Efros.

 

Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.

 

(Matc.az)

 

11 İyul 2019, 23:33   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß