“Səbail” Avroliqaya uğursuz start verdi

İDMAN 11 iyl 2019, 22:55

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir.

 

Bu gün təmsilçimiz "Səbail" mübarizəyə qoşulub.

 

Azərbaycan Premyer Liqasında 3-cü yeri tutan paytaxt klubu Avropa arenasında debüt edib. Aftandil Hacıyevin yetirmələrinin rəqibi "Universitatya Krayova" olub. Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən "Səbail" ilk oyunu doğma arenasında keçirəcəyindən, qol buraxmadan qalib gəlməyə borclu idi. Amma beş qolun qeydə alındığı qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə nəticələnib.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

11 iyul

 

"Səbail" (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya) 2:3
Qolllar: A.Ramazanov, 33; 82 - A.Mateyu, 13. N.Banku, 51. M.Roman, 67.
Hakimlər: Fyodor Zammit, Dankan Sultana, Teodore Zammit, Mario Apap (hamısı Malta)
UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Bakı. "ASCO Arena".

Səbail: 12. Daniel Bojinovski, 6. Maykl Essyen, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru
Baş məşqçi: Aftandil Hacıyev.

 

Universitatya Krayova: 13. Mirko Pilyatselli, 5. Boqdan Veteyelu, 6. Renato Keliç, 7. Mihay Roman, 8. Aleksandru Mateyu, 11. Nikuşor Banku (k), 14. Kamer Qaka, 21. Antoni İvanov, 22. Kristian Barbut, 26. Stefan Akka, 27. İvan Martiç.
Ehtiyat oyunçullar: 1. Laurentiu Popesku, 2. Tyaqo Ferreyra, 4. Florin Borta, 9. Fortes Dos Santos, 17. Stefan Bayaram, 23. Vasile Konstantin, 31. Aleksandru İonita.
Baş məşqçi: Korneliu Papure.

 

(Matc.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top