Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi

HADİSƏ 11 iyl 2019, 20:16

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib.

 

Bu barədə Oxu.Az-ın əməkdaşlarına qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.

 

Belə ki, hadisə zamanı ölən 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.


Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

 

Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top