İbrahimoviç ilin ən yaxşısı seçildi

SOSİAL 11 iyl 2019, 19:20

"LA Qalaksi"də çıxış edən Zlatan İbrahimoviç MLS-də 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

 

İsveçli hücumçu ABC telekanalının təşkil etdiyi ilin ən yaxşı futbolçusu mükafatını qazanıb. O, Yosef Martines, Ueyn Runi və Aaron Lonqu qabaqlayaraq, bu mükafata sahib çıxıb.

 

Bununla da, 9-cu dəfə "LA Qalaksi" futbolçusu bu mükafatı qazanıb. Daha əvvəl Lendon Donovan (5 dəfə), David Bekhem (2 dəfə) və Robbi Kin bu mükafata layiq görülüb.

 

2018-ci ildən Amerika təmsilçisinin heyətində çıxış edən İbrahimoviç, bu müddət ərzində keçirdiyi 42 oyunda 35 qolla yadda qalıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top