“Sizə xidmət üçün sərvətimi itirirəm, maaş belə almıram” - Donald Tramp gileyləndi

DÜNYA 11 iyl 2019, 14:59

ABŞ Federal Apellyasiya Məhkəməsi prezident Donald Trampın Vaşinqtondakı hotelindən “qanunla qadağan olunmnuş şəkildə qazanc əldə etdiyi” iddiası ilə aparılan istintaqın yekununda Trampı haqlı hesab edib.

 

 “Anadolu” agentliyi verir ki, Tramp məhkəmənin bu qərarını belə dəyərləndirib:

 

“Prezidentiniz olaraq sizə xidmət etmək və yaxşı iş görmək üçün pul qazanmaq əvəzinə sərvətimi itirirəm. Üstəlik maaş da almıram”.

 

Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə prezidentlər də daxil olmaqla federal hökumət işçiləri vəzifədə olduqları müddətdə xarici dövlətlərdən hədiyyə və qazanc əldə edə bilməz. Demokratlar də iddia edirdi ki, Tramp hotel də daxil olmaqla bir çox sahədə gəlirlərini xarici dövlətlərdən əldə edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top