BBC həyəcan təbili çaldı: Göyçə gölü məhv olur

Cənub Qafqazın ən böyük gölü sayılan Göyçə məhv olmaq təhlükəsi ilə üzləşib.


BBC-nin məlumatına görə, ki, buna səbəb gölün səthində dəniz yosunlarının sayının sürətlə artmasıdır.


Yaşıl və göy rəngli həmin yosunlar xüsusi toksik maddə buraxaraq, suyun tərkibini və keyfiyyəsini dəyişir.


"Sevan (Göyçə) gölü bu gedişlə bataqlığa çevriləcək. Dəniz yosularının sayının artması və suyun səviyyəsinin enməsi burdakı balıqların da kütləvi ölümünə səbəb olacaq”- deyə Böyük Britaniyanın BBC telekanalındakı materialda qeyd olunur.


Ermənistan Zoologiya və Hidroekologiya İnstitutunun direktoru Boris Qabrileyan isə Göyçə gölü ətrafında istirahət məkanlarının, restoranların və yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasını, çirkab sularının gölə axıdılmasını, həmçinin, gölün suyundan xüsusən yayda suvarma, təsərrüfat işlərində qeyri-rasional istifadə edilməsini əsas təhlükələr siyahısına daxil edib.


Göyçə gölü dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Sahəsi 1200 kvadrat kilometr olan gölün ən dərin yeri 79,7 metrdir. (Modern.az)

11 İyul 2019, 14:20   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß