“Türk Ulduzları” Bakı səmasında uçuşlar edib

Türkiyə Hərbi Hava Qüvvələrinin aviaqrupları Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edib.


APA-nın xəbərinə görə, bu gün hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.

 

Təyyarələrin nümunəvi uçuşlarını Dənizkənarı Milli Parkın ərazisindən çoxlu sayda insan izləyib.

 

Qeyd edək ki, “Türk Ulduzları” 2001-ci ilin avqustunda da Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.

 

 

26 İyun 2018, 12:41   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß