İrkutskda 25 nəfər daşqınların qurbanı oldu

DÜNYA 10 iyl 2019, 21:49

İrkutsk vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, 8 nəfər isə itkin düşmüş sayılır.

 

İyunun sonlarında başlayan daşqınlar İrkutsk vilayətin altı rayonunda 107 yaşayış məntəqəsinə, 10,8 min yaşayış binasına, 11 min bağ sahəsinə, ümumilikdə 34 min sakinə təsir göstərib. Regionda 13 avtomobil körpüsü dağılıb.

 

Tibbi yardım üçün 3212 nəfər, o cümlədən 518 uşaq müraciət edib, 442 nəfər xəstəxanaya yerləşdirilib.

 

İlkin hesablamalara görə, təbii fəlakət vilayətin kənd təsərrüfatına və yol infrastrukturun bir milyard rubldan çox ziyan vurub. (BakuPost)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top