Dərsliklərin hazırlanmasına xarici mütəxəssis və şirkətlər cəlb ediləcək

SOSİAL 10 iyl 2019, 21:13

Azərbaycanda xarici dil dərsliklərinin hazırlanmasında xarici mütəxəssislərdən istifadə edilə bilər.

 

Bu barədə Təhsil Nazirliyindən APA -nın sorğusuna cavab olaraq bildirilib.


Məlumatda bildirilir ki, müasir tələblərə cavab verən dərsliklərin hazırlanması məqsədilə Nazirlər Kabinetinin 24.10.2016-cı il tarixli 611s nömrəli sərəncamına uyğun olaraq baza (ehtiyat) dərsliklərin hazırlanmasına başlanılıb:


“Hazırlanan baza (ehtiyat) dərsliklərin içərisində I siniflər üçün “İngilis dili” fənni üzrə “Happy Campers” dərsliyi də var ki, o, dünya səviyyəli “Macmillan” Nəşriyyatı tərəfindən tərtib edilib. Yəni göründüyü kimi, prosesə artıq başlanılıb və növbəti illərdə onun digər təhsil dövrləri üçün həyata keçirilməsi istiqamətində işlər aparılır”.
Məlumatda qeyd edilir ki, dərsliklərin, eləcə də xarici dil dərsliklərinin hazırlanmasına dərslik hazırlığı sahəsində inkişaf etmiş ölkələrin, eləcə də Azərbaycan təhsil sisteminə yaxın qabaqcıl ölkələrin mütəxəssis və şirkətləri cəlb edilə bilər:


“Hazırlanan dərsliklər Azərbaycanda qüvvədə olan təhsil proqramlarına (kurikulumlarına) adaptasiya edildikdən sonra onlar ekspertiza ediləcək, sınaq istifadəyə veriləcək, nəticələr mütəxəssislər tərəfindən təhlil ediləcək və dərsliklər üzərində müvafiq təkmilləşdirmələr aparıldıqdan sonra onlar kütləvi istifadəyə veriləcək”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top