Rusiyanın Baş qərargah rəisi NATO komandanı ilə danışıqlar üçün Bakıya gəldi

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıdadır.

 

Bu haqda Rusiya Müdafiə Nazirliyi bildirir.


General Gerasimov Bakıya NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı, general Tod Uolterslə danışıqlar aparmaq üçün Bakıya gəldiyi bildirilir.

 

“Bakıda olduğu müddətdə ordu generalı Valeri Gerasimov NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Tod Ulterslə danışıqlar aparacaq. Habelə Azərbaycan rəhbərliyi ilə hərbi-siyasi danışıqların aparılması planlaşdırılır”,-məlumatda deyilir.

 

Tod Uolters

 

Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, V.Gerasimovun Azərbaycana işgüzar səfəri artıq başlayıb.

 

İyunun 3-də Rusiya Müdafiə Nazirliyi Gerasimovla Uolters arasında telefon danışıqları haqda məlumat yayıb. “Hərbi rəislər Avropadakı hərbi-siyasi vəziyyət barədə qiymətləndirmələrini bölüşüblər, Rusiya-NATO münasibətlərinin indiki vəziyyətini müzakirə ediblər, habelə hərbi fəaliyyətin transparentliyi haqda danışıblar”,-o vaxt nazirlik bildirmişdi.

 

General Uolters NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin komandanı vəzifəsini bu ilin may ayında amerikalı general Kertis Skaparrottidən təhvil alıb. Mayın sonlarında Uolters bəyan edib ki, general Gerasimovla təmasları davam etdirəcək. “Əvvəllər mövcud olan praktika davam etdiriləcək”,-o deyib.

 

Xatırladaq ki, Rusiya Baş qərargahının rəisi ilə ABŞ, habelə NATO komanları arasında bundan əvvəl də Bakıda dəfələrlə danışıqlar olub. (Virtualaz.org)

 

10 İyul 2019, 15:18   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß