Gəncə hadisələrinə görə saxlanılan şəxs həbsxanada dünyasını dəyişdi - FOTO

Ötən ilin iyul ayında Gəncə hadisələrinə görə həbs edilən şəxs həbsxanada vəfat edib.

 

Demokrat.az xəbər verir ki, unikal.org-un məlumatına əsasən, mədə xərçəngindən əziyyət çəkən Aydın Qurbanov Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Bu barədə onun yaxınları məlumat yayıblar.

 

İttihama görə, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev “Makarov” tapançasını pul müqabilində Pərviz Bayramova və “Kalaşnikov” avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib. Aydın Qurbanovun gizlətdiyi silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduğu ünvanda axtarış aparılıb. 

 

Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından “Kalaşnikov” avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. A.Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Gəncə hadisələrinə görə həbs edilən şəxs VƏFAT ETDİ - FOTO

 

10 İyul 2019, 14:56   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß