Sabah bu ərazilərdə qaz olmayacaq

SOSİAL 09 iyl 2019, 23:19

Sumqayıtda "Şəhər 4" orta təzyiqli yeraltı qaz kəmərində baş vermiş sızma nəticəsində sabah şəhərin bir sıra ərazilərində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

 

Demokrat.az lent.az-a istinadən bildirir ki, yaranan problemin aradan qaldırılması məqsədilə iyulun 10-da saat 10:00-dan saat 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrin, 11, 12, 13, 20, 21-ci mikrorayonların, Corat qəsəbəsi, Novxanı, Saray, Corat və Metallurq bağları, Yaşıldərə yaşayış massivində qaz təchizatı dayandırılacaq. 

 

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top