Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı oldu - FOTOLAR

SOSİAL 09 iyl 2019, 22:28

“Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nə start verilib.

 

Demokrat.az xəbər verir ki, Şamaxı Rayon Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Diaspor Gənclərinin Yay Düşərgəsinin ikinci ildir ki, təşkil olunduğunu və xaricdə yaşayan onlarla azərbaycanlının məhz bu irimiqyaslı layihə çərçivəsində doğma vətəninə gəldiyini diqqətə çatdırıb. Komitə sədri düşərgənin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda layihənin hədəfləri barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

 

Mərasim bədii hissə ilə davam edib. Musiqili proqramda milli musiqilərimiz, estrada mahnıları ifa olunub, Nəsiminin şeirlərinin əyləncəli formada təqdimatı olub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top