Goranboydakı qayınata-gəlin cinayətinin təfərrüatı bəlli oldu - YENİLƏNİB + FOTO

KRİMİNAL 09 iyl 2019, 21:50

Goranboydakı qətl hadisəsinin təfərrüatı məlum olub.

 

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə qısqanclıq zəminində törədilib.

 

Belə ki, Goranboy rayon Hacırəhmətli kənd sakini, 76 yaşlı Qasım İsgəndərov 39 yaşlı gəlini Samirə Məmmədovanı qısqanclıq zəminində öldürüb.

 

Mərhum S.Məmmədovanın bir qız övladı olub.

 

Qeyd edək ki, faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

19:28

Goranboy rayonunda qətl hadisəsi olub.

 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hacırəhmətli kəndində baş verib.

 

Kənd sakini Qasım adlı şəxs gəlini Samirə Məmmədovanı öldürüb.

 

Hələlik qətlin motivi bəlli deyil.

 

Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top