Məşhur futbolçuya cinayət işi açıldı

İDMAN 09 iyl 2019, 19:30

Son mövsümü "Marsel"də keçirən Mario Balotelli ilə bağlı İtaliyada cinayət işi açılıb.

 

Demokrat.az komanda.az-a istinadən xəbər verir ki, Neapolda tətildə olan Balotelli, keçən həftə "motosikletlə dənizə girə bilərsən?" deyərək, dostu ilə 2 min avro müqabilində mərcə girmişdi. Dostunun motosikletlə dənizə girməsindən sonra mərci uduzan 28 yaşlı futbolçu, 2 min avro ödəmişdi.

 

Məsələylə bağlı araşdırma başladan Neapol polisi, Balotelli, dostu və digər iki nəfər haqqında ictimai ərazidə mühitə zərər vermək, dənizi çirkləndirmək və qumar oynamağa təşviq etməklə bağlı cinayət işi başladıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top