"Sifətini əzişdirməyə hazıram" - Azərbaycanlı aparıcı Putinin müdafiəsinə qalxdı - FOTO

DÜNYA 09 iyl 2019, 16:21

Rusiyanın Azərbaycan əsilli aparıcısı İradə Zeynalova “Rustavi 2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putini təhqir edən gürcü həmkarı Georgi Qabuniyaya cavab verib.

 

 NTV kanalının aparıcısı "Facebook" səhifəsində baş verənlərə belə münasibət bildirib:

 

“Birincisi, mənim atamın adı Mazdok ətrafında döyüşlərdə babamın həyatını xilas edən gürcünün şərəfinə qoyulub. Onu nənəsi gözləyirdi – hər şey Putində olduğu kimi. Qəbrləri təhqir edən babamın, nənəmin və Aftandil adlı həmin gürcünün də xatirəsini təhqir edib.

 

İkincisi, mənim Moskvada da, Tibilisidə də əsl gürcü dostlarım var. O, onların da şərəf haqda normal insani anlayışlarını da təhqir edib.

 

Üçüncüsü, o, məni, atamı, oğlumu, həyat yoldaşımı və hörmət etdiyim, sevdiyim hamını qul adlandırıb.

 

Putin onun sifətini əzişdirməyəcək – intası bilirəm ki, o, Piter həyətlərini xatırlayır. Əminəm ki, təhqir edənə kişilər baş qoşmamalıdır. Onunla jurnalistika haqda danışmaq lazım deyil. Hər şey asandır. Məni, yaxınlarımın qəbrini təhqir edənin sifətini əzişdirməyə hazıram. Bəli, əlləri bulaşdırmaq. Bəli, qadın kimi, amma realda. Kilometrlərlə uzaq olan efirdə yox”.

 

Xatırladaq ki, Qabuniya aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına təhqiramiz ifadələr işlədib. Şuranın qərarına əsasən Georgi Qabuniya 2 ay ərzində heç bir verliş apara bilməyəcək. (baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top