Qoşqar Təhməzli xəbərdarlıq etdi - “5 manata nehrə yağı olmur”

SOSİAL 09 iyl 2019, 14:48

"Cənub bölgəsində 6 süd emalı müəssisəsinin məhsulları ilə bağlı aparılmış laborator analizin nəticələri artıq bəllidir. Azərbaycanın müxtəlif regionlarında nehrə yağı adı altında satışına verilən yağın tərkibində müxtəlif qarışıqlıqlar və insan orqanizmi üçün təhlükəli maddələr aşkar olunub”.

 

Demokrat.az  xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, nehrə yağını 5 manata satırlar ki, bu qiymətə nehrə yağı olmur: "Onlara sahibkarlıq strukturu demirəm, onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında yaşayan əhalidə trans yağların nehrə yağı adı altında satılması barədə məlumatlar olsa da, bizə və hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermirlər. Ona görə ictimai nəzarət də olmalıdır”.


Q. Təhməzli həmçinin palma yağları ilə bağlı narahatlığa da münasibət bildirib. Onun sözlərinə görə, məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top