Milli varlığın etirafı çox böyük qürur adrenalinidir. Biri rusdur, biri ingilisdir, biri almandır, hər üçü də heç vaxt mənsubiyyət qüruru sərgiləməyib, amma və lakin, şovinizmin baniləridir, imperiya iddiaları bütün bəşəriyyətə sarsıntılar yaşadıb. Biri ərəbdir, farsdır, əfqandır, hinddir, çindir, dini mənsubiyyət əsiridir, hər kəsi hər yerdə hər kəslə hər yerdə qırğındadır!
Biri türkdür, qırğızdır, özbəkdir, talışdır, hapıtdır, ləzgidir, çeçendir, keçmiş şöhrətin əsiridir, keçmiş tarixin və keçmiş əzəmətin xarabalıqları üstündə milli qürur sərgiləyir, çabalar yapır, özünütəsdiqə və etirafa can atır.
Çöldən ingilis, alman, rus oxlayır, güllələyir, yaralayır, bunlar da içdən bir-birini yeyir-gəmirir, qırır tökür. İç də, çöl də… qan çanağında.
Ən sanballısı olan türkü (digər qan və xan birliyi olan xalqlarla birgə) ingilis, alman, rus hədəfə alıb, bütün gücüylə aşkar və gizli şəkildə badalağını vurur, torunu hörür, torbasını tikir, hələ bu azmış kimi, saxta “talış lideri” də, saxta “…lideri” də… çöldən aldığı yaradan ölməyən, can verməyən türkü içdən oyur, güllənin yarıyacan deşdiyi qabırğasını içəridən gəmirir, qoy içəri keçsin! Fərqinə də varmır ki, türkü diz çökdürən (əgər çökdürsə), talışı, ləzgini, çeçeni, hapıtı, avarı, saxuru son nümayəndəsinə qədər si…ləcək üzündə…n!
Faciə odur ki, qan və gen qohumluğu olan şotlandın gəlinini birinci özü öpüb sevib ərinə verən ingilsi, qızlarını kütləvi şəkildə Argentina barlarına fahişəliyə göndərən alman, monqol üçün ilboyu arvadları, qızları tumansız gəzən rus türkün orbitində olan talışa, ləzgiyə heç vaxt mərhəmət və rəğbət bəsləməz. Gen yaddaşı ona qarşı olan qəddarlıqdan yana mərhəməti unutdurub, qisası gücləndirib!
Əvvəl coğrafi işğal adıyla höt-hötünü sürdürürdü bu işğalçı millətlər, sonra iqtisadi fəthi məqbul saydılar. Məhz dünyanın iqtisadi işğalı qərara alınanda… hədəfə türk dünyası gəldi! Türk dövlətlərinin birliyi-ittifaqı yaradılsa, ərazi və əhali Rusiyadan (eləcə də ingilisdilli ölkələrdən və ABŞ-dan) da artıq, əzəmət və güc dünya üçün daha narahatedici olar. O tərəfini qırağa qoyaq ki, 7 türk dövləti niyə bir araya gəlib İttifaq yaratmır?! Bu tərəfini çözək: Türk dünyasının 3-cü dünya hökmranlığı savaşında hədəfə gəlməsi tez-tez Türkün özünü xatırlatmağına, adını və kimliyini yada salmağa ehtiyac yaranır. Atatürkün müzəffər qələbəsindən sonra – dünyanın türkə və türk dünyasına sonuncu məğlubiyyətindən, – heç 100 il də keçməyib, yeni dünya düzəni başqa ad altında təcavüzə əl atıb. Türklərin hökmran olduğu ərazilərdə yerli xalqlarla milli-dini təfriqə ocaqları alovlandırmaq. Bəlkə də ilk illər bunu anlamamaq olardı, amma indi, SSRİ-nin dağılmasından, dünyanın daha geniş miqyasda anlaşılmasından, düşüncə mərkəzlərinin həyəcan təbillərindən sonra hələ də anlamamaq… xəstəlikdir!
Bəli, normalda normal qəbul olunmamalıdır türkün milli konuda demarşı: “Dünya İdarəetmə Mərkəzi” – ABŞ, Avropa Şurası İttifaqıyla birgə bəşəriyyətə demokratik dəyərlər, insan hüquq və azadlıqlarıyla bərabər, xalqların öz müqəddəratını təyinetmə azadlığını “arzulayır”, bu “tendensiya”nı dəstəkləyir.
Nəticə göz qabağında. Dünyanın 54 ölkəsində “qaynar nöqtə” var ki, hər gün minlərlə insanın həyatını alır, 54 ölkəni inkişafdan saxlayır, elminə, səhiyyəsinə, təhsilinə, milli özünüdərkinə maneələr yaradır!
O 54 ölkədən biri də bizik. Bizim üçün rəqib erməni seçilib. 200 il əvvəldən. Və 200 ildə türk torpaqlarında türkə qarşı erməni əliylə aparılan savaşda hələ ki, bu torpağın digər xalqları – talışlar, ləzgilər, yerdə qalan 17 xalq namərdlik etməyib. Ancaq… 1993-cü il dönəmində birdən-birə TMR də ortaya çıxdı – hərçənd “ortaya atıldı” yazılmağı doğrudur. Əlbəttə ki, əvvəldə yazdığım kimidir:
Milli varlığın etirafı çox böyük qürur adrenalinidir! Fəqət… haçan və harda, necə ifadə etmək şərtiylə – nəzərə alınmalıdır.
Azərbaycan – Rusiyanın daha əsarətində saxlaya bilmədiyi üçün müstəqilliyinə göz yumduğu ölkə “talaq haqqı”yla mükafatlandırıldı: erməni təcavüzü!
Bu məqamda Əlikram Hümmətovun – Əlikram Hümmətzodənin ortaya çıxması, əlbəttə ki, talış xalqının yox və həm də tam talış olmayan Əlikram Hümmətzodənin xəyanətiydi. Mən qabağa gedib bəri başdan deyim ki, Əlikram Hümmətzodə onda TMR yaratmasaydı, bu gün nəinki talışlar, hətta ləzgilər və qalan 17 xalq da artıq öz dillərində məktəbdə oxuyurdular, radio-televiziyada verilişləri vardı – indikindən 25 dəfə çox! Amma talış xalqı adından danışan, talış üçün TMR yaradan Əlikram Hümmətzodə öz xəyanətkarlığı ilə – Rusiya və digər xarici ölkələrin kəşfiyyat orqanlarına qulluğu və qulluğu ilə minlərlə alim, iqtisadçı, həkim, müəllim, ziyalı talışın məhvinə vəsilə oldu. Əlikram Hümmətzodə öz xəyanətkarlığı ilə Azərbaycan dövlətini məcbur ertdi ki, demokratiya siyasətində korrektələr etsin! Gücü çatmadığı erməni bir yana, gücü çatdığı talış, ləzgi separatçılığının qarşısında dura bildi. Düzdür, arada “çovuyan güllə”yə də tuş gələnlər oldu, eyb etməz: dövlət öz gücünü BACARDIQCA göstərməlidir: hər gün yüzlərlə türk-azərbaycanlı günahsız yerə öldürülür, ölür. Bu… zamanın bizə yaşatdığıdır.
Uzun çəkən sözümü qısa edim: Son vaxtlar sosial şəbəkələrdə Əlikram Hümmətzodənin AŞ PA-ya, Azərbaycan Prezidentinə talış xalqının hüquqları ilə bağlı müraciət mətni yayılıb. Bu “qatır lider”götürüb mətni… Paşinyana da göndərib. Bax, guya talışın ziyalı övladları üçün ürəyi yanan, bir neçə adı əlində dəstavuz edən bu xəyanətkar xislətli Əlikram Hümmətzodəyə məsləhət görərdim ki, erməni rəhbərliyinə o müraciətdən əvvəl talış adıyla öz evindəki qızları-qadınları göndərəydi, görəydi orda onların başına ermənilər nə oyun açır, sonra düşünəydi!
Adama deyərlər, ay “qatır”, sən talışsansa, talış üçün vuruşursansa, erməniyə niyə müraciət edirsən? Bütün dünya bilir ki, erməni türkün düşmənidir! Sən də türklə düşmənsənsə, sən bunu xalqın adından və guya da xalq üçün etdiyini niyə ortaya qoyursan? Guya erməniyə “türk talışın da düşmənidir” mesajını verməklə talışın da eürməninin yanında olduğunu bəyan edirsən erməniyə və külli-cahana?
Onda türk haqlı olmazmı təkcə sənin arvadını, ananı, bacını söyəndə həm də cəmi talışları gözünə qatsın? Ay xəstə, öz adından ye… yediyini də! Sən nə vaxtdan talış xalqının taleyini həll edən olubsan? – ziyanından başqa bir şeylə yadda qalmayıbsan! TMR yaratdın, ağzını cırıb, Azərbaycan himni oxutdularmı? “Otxod” kimi simvolik olaraq Hollandiyaya yola saldılarmı aeroportdan? Get dalını düşün də – həm məcazi, həm də müstəqim mənada!
“Qatır” və qısır siyasətçi olmağın bəlli, axı o qədərmi eşşəksən ki, anlamırsan, erməniyə heç bir halda müraciət etməzlər? Türkə elə düşmən olan erməni… əlinə keçən talışı daha bərbad və pis günə qoyar – bu ağılla hansı talışa özünü lider bilirsən?
Və ümumiyyətlə anlamırsan ki, sənin hər bir hərəkətin bütövlükdə talışların növbəti dəstəsini məhvə aparır? Ay tam talış olmayan natamam, ay “qatır”, bəlkə müalicə olunasan və başa düşəsən ki, Türkün ermənini diz çökdürəcəyi gün uzaqda deyil. Ondan sonra üzünə qınaqla baxılacaq talış səni gordanmı tapıb miras qoyduğun xəyanətin qarşılığında kompensasiya olaraq təhvil versin?
Talış həmişə üzdə olub, axı sən talış olsaydın, kiminsə …dalından boylanmazdın! Sənin əgər 1993-cü ildəki xəyanətin olmasaydı, indi çoxdan talışın həqiqi ziyalıları və alimləri talışın adını da qaytarmışdı, kitabını da, radio-televiziyasını da. Son 25 ildə talışların Azərbaycan dövləti və hakimiyyəti qarşısında xidmətləri bunu haqq edirdi. O xidmətlər sadəcə sənin separatçılığına kompensasiya kimi puç oldu!
Hər dəfə sən və sən ağılda danışanlar olanda fikirləşirəm: görəsən, məndən başqa bir talış tapılmayacaqmı, bunu Hollandiyada güllələsin, amma əvvəl əlini, sonra da dilini kəssin, hara lazımdı ora qoysun!
Aydın Canıyev
Möhtərəm və möhtəşəm jurnalist