Müsavat başqanı Abbas Lisaniyə azadlıq tələb etdi

GÜNDƏM 09 iyl 2019, 08:55

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib.


Demokrat.az xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı Abbas Lisaniyə azadlıq tələb edib:


İran molla rejimi Azərbaycan milli fəalı, Güney Azərbaycanda mədəni-milli azadlıqlar uğrunda mübarizə aparan soydaşımız Abbas Lisaniyə qondarma ittihamlara 8 il həbs, 2 il sürgün cəzası verib.


Güneyli, Güzeyli Azərbaycanımızda hüquqlarımız pozulur, ərazilərimiz düşmən tapdağı altında, azadlığımız uğrunda vuruşanlar həbsdə, sürgündə…


Mübarizə davam edir. Sonadək mübarizə aparanlar qalib gələcək! Abbas Lisaniyə azadlıq!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top