ABŞ-dan Azərbaycana TƏBRİK

GÜNDƏM 09 iyl 2019, 00:30

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətilə Azərbaycanı təbrik edib.


Səfirliyin "Facebook" sosial şəbəkədəki səhifəsində yerləşdirilmiş təbrikdə qeyd olunur ki, ABŞ-ın Frank Lloyd Raytın 20-ci əsrə aid olan memarlıq abidələr də eyni siyahıya daxil olunmuşdur.


İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib.(Yeni Sabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top