Prezidenti təhqir edən jurnalist işdən çıxarıldı

DÜNYA 08 iyl 2019, 22:31

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.


Demokrat.az xəbər verir ki, bu barədə kanal rəhbərliyi qərar qəbul edib.


Qərara əsasən, G.Gabuniaya qarşı tətbiq olunan məhdidiyyət onun müəllifi və aparıcısı olduğu bütün proqramlara şamil olunub.


Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top