"Şəki Xan Sarayının UNESKO-nun qeydiyyatına düşməsi fövqəladə hadisədir" — Qulu Məhərrəmli

Xəbər verdiyimiz kimi UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun İrs Siyahısına daxil edilib. 


Məsələyə münasibət bildirən professor Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında bunun əlamətdar bir hadisə olduğunu bildirdi:


“Əlbəttə, Şəki Xan Sarayının beynəlxalq miqyasda müəyyən bir status alması, UNESKO-nun qeydiyyatına düşməsi çox ciddi və fövqəladə bir hadisədir. Hesab edirəm ki, bu Azərbaycan xalqının tarixinə və onun zəngin mədəniyyətinə göstərilən bir diqqətdir. Burda bizim özümüzdən asılı olan məsələlər də var. Söhbət ondan gedir ki, biz həm tarixə baxmalıyıq, xüsusən on səkkizinci əsr xanlıqlar dövrü Azərbaycan tarixinin keçid və dramatik dövrüdür və bu epoxada bir-birindən asılı və paralel hadisələr baş verib. O cümlədən bunun milli inkişafla bağlı tarixi qatlarına enmək lazımdır. İkinci bir tərəfdən Şəki Xan Sarayını mədəniyyət faktı kimi, yəni bunun həm memarlıq, həm də rəssamlıq baxımından önəmli olduğunu irəli çəkməliyik. Bu çox əlamətdar bir hadisədir və bizim tarixçilərin və mədəniyyət adamlarının üzərinə çox ciddi öhdəlik düşür və bunu etmək lazımdır". 

8 İyul 2019, 21:56   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß