Nüşabə Ələsgərli dərslik yazdı

Əməkdar artist, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nüşabə Ələsgərli dərs vəsaiti yazıb.


Sənətçi "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bildirib ki, "Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri" adlanan kitab Azərbaycan musiqişünaslığı üçün ilkdir:


"Kitabda Şəfiqə xanımın əsərlərinin musiqi dili, üslub xüsusiyyətləri araşdırılıb. Onun yaradıcılığında əsas əhəmiyyət kəsb edən vokal musiqisi olduğuna görə, həm onun janr xüsusiyyətlərini, həm də musiqi dilinin özünəməxsus cəhətlərini üzə çıxartmışıq. Kitab üç hissədən ibarətdir. Birinci fəsildə Axundovanın yaradıclığının mərhələləri yer alıb.  İkinci fəsildə vokal yaradıcılığında milli üslub xüsusiyyətlərinin təhlilinə yer verilib. Bura vokal əsərləri, həmçinin xalq musiqisi üslubuna əsaslanan mahnılar da aiddir. Üçüncü fəsil isə "Şəfiqə Axundovanın "Gəlin qayası" operasında muğam ənənələrinin təzahürü" adlanır".   
Qeyd edək ki, kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova, rəyçisi Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayevadır.

8 İyul 2019, 17:53   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß