Kocaeli televiziyası və radiosu həftə sonlarında Azərbaycanla bağlı xüsusi buraxılış yayımlayacaq

MARAQLI 08 iyl 2019, 14:50

Türkiyədə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Mərkəzi ilə Kocaeli televiziya və radio şirkəti arasında əməkdaşıq protokolu imzalanıb.


Demokrat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar məlumat verib. 

 

O qeyd edib ki, Türkiyədə böyük tamaşaçı auditoriyasına malik Kocaeli televiziyasında həftə sonlarında Azərbaycanla bağlı 1 saat 30 dəqiqəlik xüsusi buraxılış yayımlayacaq. Xüsusi buraxılışda Azərbaycanda iqtisadi, siyasi və sosial sahələrdə gedən inkişaf proseslərindən bəhs olunacaq. Eyni zamanda, buraxılışda ekspertlər, tarixçilər, ədəbiyyatçılar Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı ilə bağlı türkiyəli tamaşaçılara məlumatlar verəcəklər.

 

Image result for Bilal Dündar


Bilal Dündar qeyd edib ki, bundan başqa, hər gün Kocaeli televiziyasında “Qardaş ölkədən xəbərlər” rubrikası yayımlanacaq. Verilişdə Azərbaycanla bağlı gündəlik xəbərlər yer alacaq. Kanal daha çox Azərbaycanın turizm potensialı barədə məlumat verəcək.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top