İlqar Məmmədov pul axtarır — Zəngin azərbaycanlılara müraciət etdi

MARAQLI 08 iyl 2019, 14:37

ReAl partiyasının sədri İlqar Məmmədov zəngin azərbaycanlılara müraciət edib. 


Demokrat.az İlqar Məmmədovun müraciətini təqdim edir:


"Üç nəfər zəngin azərbaycanlıya müraciət etmək istəyirəm. Avropa Məhkəməsindəki 29 may 2019-cu il qələbəm bütün qitənin hüquq sistemi üçün çox mühüm tarixi hadisə oldu lakin ucuz başa gəlmədi.


Gözlənilmədən 6 min euro əlavə vəkil xərclərim ortaya çıxdı və bu xərci tezliklə ödəmək mənim üçün mümkün deyil.


Kütləvi xırda ianələr kampaniyası elan etmək istəmirəm – üzvlərimiz imkanlarını birləşdirərək REAL-ı pis-yaxşı yaşadırlar və onlara səslənməyim düzgün olmazdı.


Hüququn aliliyi təkcə aşağı-orta təbəqənin və yoxsulların ehtiyacı deyil. Məhkəmə qərarlarının icrası həm də orta sinifin yuxarılarının və zəngin adamların marağındadır.


Bu sahədə göstərdiyimiz misilsiz nümunəni indi bütün Avropa öyrənir.


Nailiyyətimiz ondan ibarətdir ki, öz tarixində ilk dəfə Avropa Məhkəməsi, onun əvvəlki qərarını üzv dövlətin icra etmədiyi haqda qərar verdi və bu hadisə bundan sonra Avropa Məhkəməsinin qərarlarının icrasına daim təsir edəcəkdir. Məsələyə aydınlıq gətirən xarici mütəxəssilərin yazılarından bəzilərini şərhə əlavə edirəm.


Beləliklə, üç zəngin azərbaycanlıdan bu xərcin tam ödənilməsində dəstək olmalarını xahiş edirəm. Avropa hüquq sisteminə verdiyimiz töhfə böyükdür, amma təəssüf ki, yaxın zamanlarda bu qədər vəsaiti qazanıb ödəmək mənim üçün mümkün deyil.


Şərtim də var. Ödəniləcək vəsaitin korrupsiya ya da milli maraqlara zidd digər fəaliyyətdən qaznıldığına dair əsaslı şübhəm üçün yer olmamalıdır.


Diqqətinizə görə təşəkkür edirəm".


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top