“İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir” - Elmar Məmmədyarov

SİYASƏT 08 iyl 2019, 15:59

“Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir”.

 

Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir: “Bizim müşahidələr göstərir ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti orada fəaliyyətini dayandırıb. Lakin bununla belə, bu məsələ bizim diqqətimizdədir”. (APA)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top