Braziliya Amerika Kubokunu qazandı

İDMAN 08 iyl 2019, 10:26

Futbol üzrə Amerika Kubokunun (Copa America) qalibi Braziliya olub.

 

Demokrat.az-ın məlumatına görə, məşhur Marakana stadionunda baş tutan finalda "sambaçılar" Peruya qalib gəlib (3:1).

 

İlk hissəni 2:1 hesabı ilə öndə tamamlayan Braziliya, sonrakı 45 dəqiqədə daha bir dəfə fərqlənərək turnirin növbəti dəfə qalibi adını qazanıb. 

 

Qeyd edək ki, Braziliya millisi bu kuboku 9-cu dəfə başı üzərinə qaldırıb. Siyahıda hələlik 3-cü olan yığma, Uruqvay (15 dəfə) və Argentinadan (14 dəfə) geri qalır. 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top