İran öhdəliklərini dayandırdı - 2 ay vaxt verildi

DÜNYA 07 iyl 2019, 18:52

"İran Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulan növbəti öhdəliklərini bu gündən dayandırır".

 

Bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı bununla əlaqədar keçirilən mətbuat konfransında deyib. Bu barədə Trend İRİNN-ə istinadən məlumat verib.

 

A.İraqçının sözlərinə görə, İran bundan sonra uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun yenilənməsi ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcək.

 

Nazir müavini sazişin Avropa tərəfinin ciddi şəkildə addım atmadığı halda, 60 gündən sonra İranın növbəti addımı atacağını deyib.

 

İraqçı əlavə edib ki, bununla əlaqədar İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının məsul şəxsi Federika Moqeriniyə məktub ünvanlayıb.

 

Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan edib. Və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top