Azərbaycan Universiadada ilk qızıl medalını qazandı

İDMAN 07 iyl 2019, 18:19

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk qızıl medalını qazanıb.

 

İdman gimnastımız Marina Nekrasovanın çıxışı ən yüksək qiymətə layiq görülüb.

 

Beləliklə, Nekrasova Azərbaycana ilk qızıl medalı qazandırıb. Gümüş və bürünc medallara müvafiq olaraq rusiyalılar - Liliya Axaimova və Tatyana Nəbiyeva layiq görülüb.
Qeyd edək ki, daha əvvəl cüdoçumuz Hidayət Heydərov gümüş medal qazanıb. (Olke.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top